Tarixdə bu gün - 21 avqust

Son güncelleme: 21.08.2011 13:07
  • Tarixdə bu gün - 21 avqust

    noimage

    21 avqust. İlin sonuna 132 gün qalır.

    1911. Leonardo da Vinçinin "Mona Liza" rəsmi Luvr muzeyindən oğurlanıb. Tablo 1913-cü ildə tapılıb

    1923. SSRİ Dövlət Plan Komitəsi (Qosplan) təşkil edilib

    1930. Akademik Bəkir Nəbiyev anadan olub

    1932. Venesiyada ilk beynəlxalq kino festivalı keçirilib

    1940. 20 avqustda sui-qəsdə məruz qalan sovet lideri Lev Trotski vəfat edib

    1945. "France-Presse" agentliyi (AFP - Agence France-Presse) ilk bülletenini yayınlayıb. "AFP"nin sələfi olan "HAVAS" dünyanın ilk xəbər agentliyi hesab edilir (1835). Hazırda agentliyin 165 ölkədə, o cümlədən Azərbaycanda nümayəndəsi var

    1945. ABŞ SSRİ-yə lendliz proqramı çərçivəsində yardımı dayandırıb

    1947. Fransız avtomobil konstruktoru Ettore Buqatti (ata) vəfat edib

    1959. Havay ABŞ-ın 50-ci ştatı statusunu alıb

    1968. Varşava Müqaviləsi Təşkilatının qoşunlarının müdaxiləsi ilə "Praqa baharı" başa çatıb. Bu fakt SSRİ-nin və xarici ölkələrdə kommunist partiyalarının nüfuzunun aşağı düşməsinə səbəb olub

    1986. Kamerunda vulkandan çıxan zəhərli qaz 1800 nəfər insanın həyatına son qoyub

    1997. Azərbaycan Respublikası Serbiya və Çernoqoriya ilə diplomatik əlaqələr qurub

    2000. Norveçli dalğıclar Kursk atom sualtı qayığının olduğu əraziyə çatıb. Ekipaj artıq həlak olmuşdu

    2002. Rəssam Mikayıl Abdullayev vəfat edib.
#21.08.2011 13:07 0 0 0