1- İmam Sadiq (ə) buyurur: "Hər kəs Allah yolunda öldürülsə, Allah-təala ona heç bir günahını göstərməz." (Bütün günahları bağışlanar).
2- İmam Sadiq (ə) buyurur: "Ailə xərcinin qorxusundan evlənməyən kəs Allaha qarşı sui-zənn etmişdir."
3- İmam Sadiq (ə) buyurur: "Hər kəs mömini yoxsulluğuna görə alçaq saysa, Allah-təala da qiyamət günü onu xalq qarşısında rüsvay edər."
4- İmam Sadiq (ə) buyurur: "Bütün peyğəmbərlər bizim (Biz Əhli-beytin) üstünlüyümüzü və haqqımızı tanıyaraq məbus olmuşdur."
5- İmam Sadiq (ə) buyurur: "Allah-təalaya hüsn-zənn budur ki, Ondan başqa heç kəsə ümidin olmasın və günahlarından başqa heç nədən qorxmayasan."
6- İmam Sadiq (ə) buyurur: "Bizim vilayətimiz (hakimiyyətimiz) Allahın hakimiyyətidir. Heç bir peyğəmbər bu vilayətsiz məb'us edilməmişdir."
7- İmam Sadiq (ə) buyurur: "Başqasının sirri üzərindən pərdəni götürənin öz evinin sirləri aşkar olar."
8- İmam Sadiq (ə) buyurur: "Qardaşına quyu qazan özü düşər."
9- İmam Sadiq (ə) buyurur: "Qadınlarınızın pak qalması üçün gözünüzü xalqın namusundan çəkin."
10- İmam Sadiq (ə) buyurur: "Mömin başqaları ilə keçinir və əsla kimsə ilə didişmir."