1- İmam Kazim (ə) buyurur: "Mömin tərəzinin iki gözü kimidir '?' imanı artdıqca, bəlası da artar."
2- İmam Kazim (ə) buyurur: "Öz (din) qardaşını aldadan şəxs məlundur."
3- İmam Kazim (ə) buyurur: "Öz (din) qardaşına nəsihət verməyən (onun yaxşılığını istəməyən) şəxs məlundur."
4- İmam Kazim (ə) buyurur: "Öz (din) qardaşının qeybətini edən şəxs məlundur."
5- İmam Kazim (ə) buyurur: "Allahdan qorx, haqqı söylə '?' sənin məhvin onda olsa da belə."
6- İmam Kazim (ə) buyurur: "Allahın göndərdiyi bütün peyğəmbərlər səxavətli olmuşlar."
7- İmam Kazim (ə) buyurur: "Uzun yaşayacağınızı özünüzə təlqin etməyin. Çünki bu adamı həris edər (tamahlandırar)."
8- İmam Kazim (ə) buyurur: "Nəfsinlə cihad et ki, onu faydasız həvəslərdən qoruyasan."
9- İmam Kazim (ə) buyurur: "Allah, çox yatıb, bekar gəzən bəndəsini düşmən tutur."
10- İmam Kazim (ə) buyurur: "Dünya malı dənizin (şor) suyu kimidir. Susuz adam bu sudan içdikcə daha da susayar, nəhayət, həlak olar."