Hədislər 2-ci

Son güncelleme: 21.08.2011 23:29
  • Hədis - Hədislər - Hədislər 2-ci

    1- Həzrət Əli (ə) buyurur: "Sizin qiymətiniz yalnız behiştdir, özünüzü ondan ucuzuna satmayın."
    2- Həzrət Əli (ə) buyurur: "Kim özünü hesaba çəksə, səadətə yetişər."
    3- Həzrət Əli (ə) buyurur: "Qeybətə qulaq asan elə qeybət edən kimidir."
    4- Həzrət Əli (ə) buyurur: "Zarafatda həddi gözləməyən şəxs əbləhdir."
    5- Həzrət Əli (ə) buyurur: "Öz şəhvətini öldürən (cilovlayan) şəxs ağıllı insandır."
    6- Həzrət Əli (ə) buyurur: "Məsləhət edən şəxs xatadan amanda qalar."
    7- Həzrət Əli (ə) buyurur: "Allah yolunda döyüşənlər üçün göyün qapıları açılar."
    8- Həzrət Əli (ə) buyurur: "Tövbə etmək qəlbləri paklayır, günahları yuyur."
    9- Həzrət Əli (ə) buyurur: "Mömin onunla insafsız rəftar edənlə insafla davranar."
    10- Həzrət Əli (ə) buyurur: "Bilərəkdən günah edən şəxs bağışlanmağa layiq deyildir."
#21.08.2011 23:29 0 0 0