Hədislər 1-ci

Son güncelleme: 21.08.2011 23:33
  • Hədis - Hədislər - Hədislər 1-ci

    1- Həzrət Məhəmməd (s) buyurur: "Bütün yaxşılıqlardan üstün bir yaxşılıq vardır. Lakin insan Allah yolunda öldürüldükdə, daha bundan da üstün bir yaxşılıq yoxdur."

    2- Həzrət Məhəmməd (s) buyurur: "Heç bir damla Allah yolunda tökülən qan damlasından əziz deyil."

    3- Həzrət Məhəmməd (s) buyurur: "Əməllərinizi Allah üçün xalisliklə yerinə yetirin. Həqiqətən, Allah yalnız Onun üçün xalisliklə yerinə yetirilmiş əməlləri qəbul edir."

    4- Həzrət Məhəmməd (s) buyurur: "Öz ümmətim üçün hər şeydən çox danışıqda mahir olan münafiqlərdən qorxuram."

    5- Həzrət Məhəmməd (s) buyurur: "Allah-təala sevdiyi bəndəsini çətinliyə salar ki, onun ahuzarını eşitsin."

    6- Həzrət Məhəmməd (s) buyurur: "Bir şəxsi işlətmək üçün əcir tutduqda, haqqını ona əvvəlcədən elan edin."

    7- Həzrət Məhəmməd (s) buyurur: "Elm öyrənənin (din tələbəsinin) əcəli çatdıqda, şəhid kimi ölər."

    8- Həzrət Məhəmməd (s) buyurur: "Əgər öz yaxşı işindən sevinib, pis işindən narahat olursansa, deməli möminsən."

    9- Həzrət Məhəmməd (s) buyurur: "Qəzəbləndiyin zaman, sakit ol (dayan)."

    10- Həzrət Məhəmməd (s) buyurur: "Tanışlarınızdan biri öldüyü zaman onu rahat buraxın və haqqında pis danışmayın."
#21.08.2011 23:33 0 0 0