Televizor siqaretdən daha zərərlidir

Son güncelleme: 22.08.2011 17:53
  • Sağlıq - Televizorun zereri - Televizor siqaretdən daha zərərlidir

    Araşdırmaya görə, 90 dəqiqəlik televiziya proqramı və yaxud serial insan ömrünü 33 dəqiqə azaldır. Avstraliyada aparılan bir tədqiqat göstərib ki, 25 yaşından böyüklərdə bir saat televiziya izləmək ortalama yaş müddətini 22 dəqiqə azaldır. Bir siqaret çəkmək isə insan ömrünü 11 dəqiqə azaldır. Queensland Universitetində aparılan araşdırmanın müəllifi olan alimlər gündə 6 saat televiziya izləməyin insan ömrünü 5 il azaltdığını aşkar etdiklərini deyirlər. Alimlər televiziya izləməyin siqaret və köklük qədər ciddi sağlamlıq problemi olduğuna diqqət çəkiblər. Onlar hər gün qısa müddət idman etməyin belə insan sağlamlığına önəmli fayda verdiyini deyiblər.

    Alıntı..
#22.08.2011 17:53 0 0 0