Siqaret qadınlarda infarkt riskini artırır

Son güncelleme: 22.08.2011 17:57
  • Sağlıq - Siqaret - Siqaretin zereri - Siqaret haqqında - Siqaret qadınlarda infarkt riskini artırır - Siqaretin sağlamlığa ziyanı

    noimage

    Siqaret çəkmək qadınlarda infarkt riskini kişilərə nisbətən daha çox artırır.
    Anspress xəbər verir ki, Amerika mütəxəssisləri tərəfindən bir sıra ölkələrdə, o cümlədən Sinqapur, Norveç və Türkiyədə keçirilən tədqiqatda təxminən 2.5 milyon insan iştirak edib. Məlumata görə, zərif cinsin nümayəndələri arasında infarkt riskinə 25 faiz daha çox rast gəlinir. "Lancet" jurnalından dərc olunan məqalədə bildirilir ki, alimlər güman edirlər ki, qadın orqanizmi siqaretdə olan toksik maddələri daha çox canına çəkir. Elə məhz bu səbəbdən də qadınlar kişilərə nisbətən ağciyər xərçənginə daha çox məruz qalırlar.

    Fidan
#22.08.2011 17:57 0 0 0