Azərbaycan Mətbəxi - Bibərli Burger - Bibərli Burgerin Hazırlanması
Vəsaitlər:
1 qırmızı dolmalıq bibər
1 sarı dolmalıq bibər
1 dəstə cəfəri
400 qr qıyma
1 yumurta
Duz
Qara bibər
Qırmızı toz bibər
2 pomidor
1 xiyar
8 kahı yarpağı
8 hamburger çörəyi
Hazırlanışı:
Bibərləri yuyub nüvələrini ayırd etdikdən sonra kiçik kvadrat halında doğrayın.
Cəfərini yuyub suyunu qurulayıb doğrayın.
Bir kasada qıymanı, doğranış bibərləri, yumurta və cəfərini qarışdırın.
Duz, qara bibər və qırmızı toz bibərlə dadlandırın. Qıymalı qarışıqdan 8 yumru yastı küftə meydana gətirin.
Böyük bir tavada yağı qızdırın. Küftələri tavada 5 dəqiqə qədər bişirin.
Pomidor və xiyarın qabıqlarını soyub dilimləyin.
Hamburger çörəklərinə kahı yarpağı, pomidor və xiyar dilimlərini yerləşdirin.
Küftəni əlavə edib hamburgeri xidmət edin...