Duzlu Göbelekli Pirojki

Son güncelleme: 22.08.2011 18:58
  • Azerbaycan Metbexi - Duzlu Göbelek - Duzlu Göbelekli Pirojkinin Hazırlanması

    noimage

    Tərkibi:


    1 kq un

    Qabartma tozu

    200 qr süd

    Kərə yağı

    2 ədəd yumurta

    1 xörək qaşığı şəkər tozu

    1\2 çay qaşığı duz

    İçi üçün:

    Duzlu göbələk

    soğan

    2 xörək qaşığı bitki yağı

    Qara istiot

    Duz


    Üzəri üçün:

    1 ədəd yumurta


    Hazırlanma qaydası:


    Əvvəlcə xəmiri hazırlayın. Bunun üçün kərə yağını yumşaldıb üzərinə un, süd, şəkər tozu, duz, qabartma tozu və yumurta əlavə edib, qarışdırın. Sonra qabarması üçün 1 saat gözləyin. Hazırlanmış xəmirdən kiçik hissələr ayırıb yumrulayın.

    Kənarda içlik hazırlayın. Göbələkləri azacıq yuyub, xırda-xırda doğrayın, duru yağda qovurun. Üzərinə xırda doğranmış soğan əlavə edib qovurmaqda davam edin. Duz, istiot vurun.

    Sonra kiçik parça xəmirlərdən hazırladığınız pirojkinin içərisinə içlik qoyub, əlinizlə formaya salın. Üzərinə yumurta sürtüb, sobada qızarana qədər bişirin.

    Nuş olsun..
#22.08.2011 18:58 0 0 0