Dolmalar - Göbələk dolması - Göbələk dolmasının hazırlanması
Lazım olan ərzaqlar:
10 ədəd iri göbələk,
60 qr (4 xörək qaşığı) yağ,
100 qr xırdalanmış qoyun pendiri,
1 dilim çörək (qabıqları təmizlənmiş və xırdalanmış),
duz, istiot.
Hazırlanma qaydası:
Sobanın üst gözünü yandırın. Göbələkləri təmizləyin və saplaq hissələrini göbələkləri zədələmədən çıxarın. Yağı bir tavada əridin. Göbələkləri dəmir təbəqəyə yığın, duz və istiot vurub, üzərinə 2 xörək qaşığı əridilmiş yağ çəkin. Dəmir təbəqəni sobaya qoyun. Göbələkləri azacıq diri qalmaq şərti ilə bişirin. Eyni zamanda pendiri və xırdalanmış çörək içini qarışdırın. Yarıbişmiş göbələkləri sobadan götürüb içlərini doldurun və üzərinə qalan əridilmiş yağı tökün. Sobanı 200 dərəcəyə qədər qızdırın. Göbələkləri yenidən sobaya qoyun və üstü qızarana qədər bişirin. Süfrəyə isti-isti verin.