Tanınmış rok qrupu "Klan-a- Plan" Nabrandakı uğurlu konsertindən sonra avqustun 27-də Gəncədə "Ramada Plaza"da konsert proqramı ilə çıxış edəcək.
Lent.az-ın məlumatına görə, konsert "Avtobaz party" adlanır: " Bu bizim Gəncədə ilk çıxışımız olacaq. Tamaşaçılara inanılmaz "drayv" bəxş etməyə hazırlaşırıq".
Qrup üzvləri bu günlərdə "Avtobaz" adlı yeni mahnını təqdim etməyə hazırlaşır.