Müğənni Nüşabə Ələsgərlinin bu günlərdə Şəmkirdə iştirak etdiyi bir toy mərasimi maqazin dünyasının diqqətini çəkib.
Lent.az-a etibarlı mənbədən daxil olan məlumata görə, 3 min manat müqabilində toya oxumağa gələn sənətçi məclisdən əlidolu qayıdıb.
Nüşabə Ələsgərlinin özü ilə gətirdiyi qırmızı rəngli boş kosmetika çantası oranı tərk edəndə şabaşla dolub. Mənbənin xəbərinə görə, sənətçi 3 minə gəldiyi toydan təxminən 33 min manatla qayıdıb.