Tarixdə bu gün - 23 avqust

Son güncelleme: 23.08.2011 16:42
  • Tarixdə bu gün - 23 avqust

    noimage

    23 avqust. İlin sonuna 130 gün qalır.

    634. Xəlifə Əbu Bəkr vəfat edib

    1514. Səfəvilər və Osmanlı arasında Çaldıran düzündə (İranın Maku şəhəri yaxınlığında) döyüş baş verib. Döyüş Səfəvi qoşununun məğlubiyyəti ilə başa çatıb

    1839. İngilislər Honkonqu işğal edib

    1866. Praqa sülhü imzalanıb, Avstriya Prussiya müharibəsi başa çatıb

    1906. Ümumrusiya müsəlmanlarının III qurultayı başa çatıb

    1918. ADR parlamenti Azərbaycan vətəndaşlığı haqqında qanun qəbul edib

    1939. SSRİ və Almaniya arasında hücum etməmək haqqında pakt imzalanıb (Molotov-Ribbentrop paktı)

    1942. Stalinqradın müdafiəsi başlayıb

    1942. Tiflisdə Qafqaz xalqlarının antifaşist mitinqi keçirilib

    1943. Aktyor Şahmar Ələkbərov anadan olub

    1944. Sonuncu Osmanlı xəlifəsi II Əbdülməcid Parisdə vəfat edib

    1993. Üzdəniraq "Talış Muğan Respublikası" ləğv edilib

    1993. Ermənistan silahlı qüvvələri Füzuli rayonunu işğal edib

    2000. Azərbaycanda "Ordudan tərxis olunmuş gənclərin məşğulluğu" proqramı qəbul edilib

    2006. Azərbaycan və İordaniya Hökumətləri arasında ikitərəfli əməkdaşlığa dair Çərçivə Sazişi imzalanıb.
#23.08.2011 16:42 0 0 0