Sağlıq - Xoruldamaq - Xoruldamaq haqqında - Xoruldamanın müalicəsi tapıldı
Pijamanızın kürək və ya bel qisminə tennis topu tikin
Günün yorğunluğunu atmaq, fiziki və zehni istirahət etmək üçün yatağa girdikdə, yoldaşınızın xoruldaması üzündən gecəni kabuslar içində keçirirsiniz, yoxsa xoruldayaraq başqalarının dincliyini qaçırırsınız?
Yetkinlərin yüzdə 50-də zaman-zaman, yüzdə 25-də isə davamlı görülən xoruldama, xüsusilə 65 yaşından sonra kişilərin yüzdə 70-də, qadınların isə yüzdə 56-da problem olaraq özünü göstərir.
Yuxu əsnasında yumşaq damaq, dil və boğaz əzələlərinin boşalmasının daha böyük ölçülərə çata biləcəyini ifadə edən mütəxəssislər, bu vəziyyətdə mənfi təzyiqin tənəffüs yolunu bağlaya biləcəyi və xəstənin nəfəsinin dayana biləcəyi xəbərdarlığını edirlər. Onlar bu problemin həll edilməsi üçün əvvəlcə çəki nəzarətinin təmin edilməsi, yataqda kürəküstə yatılmaması, həlli tapılmadıqda isə digər müalicə variantlarına müraciət edilməsi və problemin aradan qaldırılması lazım olduğunu ifadə edirlər.
Uşaqlarda badamcığın səbəb olduğu yuxu apnesi ''təcili'' əməliyyat tələb etdiyi halda, menopauzada yuxu apnesi və xoruldama əvvəlkinə nisbətən ikiqat artır.
Tənəffüs yolunu bağlaya bilər və xəstənin nəfəsi dayanar
Tənəffüs əsnasında çöldəki havanın ağciyərə çəkilməsi üçün hava keçidində mənfi təzyiq meydana gəlir. Bu mənfi təzyiqin bəzi bölgələrdə əzələdən edilmiş borunun əzələlərindəki (yumşaq damaq, dil və boğaz əzələləri) gərginliyini aşması halında bölgənin normadan çox titrəşməsinə gətirib çıxarır. Bu titrəşmə də xoruldamaya gətirib çıxarır. Xoruldamanın gecələr ortaya çıxmasının səbəbi isə yuxu əsnasında yumşaq damaq, dil və boğaz əzələlərinin boşalmasıdır. Boşalma, daha böyük ölçülərə çatdıqda mənfi təzyiq tənəffüs yolunu bağlaya bilər və xəstənin nəfəsi dayanar. Boğazdakı zəif toxumaların yuxuda hava yolunu bağlayaraq ən azı 10 saniyə tənəffüsə mane olması hadisənin daha irəli ölçüsüdür. Tənəffüsün dayanması ilə birlikdə bədəndə oksigen səviyyəsi düşər və karbon dioksid səviyyəsi artar. Bu vəziyyət adamı oyanmağa məcbur edər. Bu sırada yuxu səthiləşər və tənəffüs əzələlərinin elektrik fəaliyyəti artar. Yüksək səsli bir xoruldama ilə hava yolu açılar.
Pijamanın kürək və ya bel qisiminə tennis topu tikilməlidir
Sadə xoruldamanın müalicəsi üçün əvvəlcə kilo nəzarətinin təmin edilməsi lazımdır. Çünki xoruldayan kəslərin böyük əksəriyyəti çox kilolu kəslərdir.
Arxa üstə yatış mövqeyi xoruldamanı artırır. Bu səbəbdən yan və üzüüstə yatılması lazımdır. Yuxu əsnasında bu mövqeyi qoruya bilmək üçün pijamanın kürək və ya bel qisminə tennis topu tikilməsi tövsiyə edilir.
Spirt, yuxu dərmanları və sakitləşdirici dərmanlar yuxu əsnasında boğaz əzələlərində həddindən artıq boşalmağa səbəb olaraq xoruldamanı artırdığından istifadəsindən qaçılması məsləhət görülür. Burunda tıxanıqlığa səbəb olan xəstəliklərin əvvəlcə müalicə edilməsi lazımdır.
Bu tədbirlərə baxmayaraq düzəlməyən xəstələrdə, xəstəyə diş və damaq aparatları bir variant olaraq təqdim edilir. Radiofrekans tətbiqi (RF) ümumiyyətlə lokal anesteziya altında tətbiq olunur. Bu əməliyyatda yumşaq damağın gərginləşdirilmək istənən bölgələrinə xüsusi bir cihazla idarəli istilik verilir. Radio dalğalarının yumşaq damaq toxuması içində meydana gətirdiyi istilik təsiri zamanla damağın gərginləşməsini təmin edir. Hər tətbiqdə müalicə təsirinin ortaya çıxması üçün 2 ay gözlənilməsi lazımdır və 6 aylıq aralıqlarla 2 və ya 3 dəfə tətbiq edilə bilir. Tətbiqlərdən sonra bir neçə gün müddətlə yüngül dərəcəli ağrı hiss edilə bilir.