Eldar Qasımov - At çapmağı belə öyrənmişəm

Son güncelleme: 25.08.2011 01:54
  • noimage

    "Eurovision 2011" mahnı müsabiqəsinin qalibi Eldar Qasımov dünən çəkilişlərinə start verilən "Qorxma, mən səninləyəm-2" filmində rol alıb. Anspress-in məlumatına görə, bu rol ona filmin rejissoru Yuli Qusman tərəfindən təklif olunub. Eldar Qasımov filmdə lirik gəncin obrazını yaradacaq.

    Müğənni filmə çəkiləcəyi barədə "Twitter"dəki səhifəsində belə yazıb: "Çəkiliş meydançasına çıxmağa hazırlaşıram, çəkiliş axşamı möcüzəli olacaq. Filmin çəkilişləri üçün xüsusi hazırlıq keçmişəm. Filmdəki roluma görə at çapmağı belə, öyrənmişəm".

    Milli.Az
#25.08.2011 01:54 0 0 0