Amerikalı alimlərin apardıqları tədqiqat nəticəsində
nikahın kişilərlə qadınlara təsiri öyrənilib.
Sən demə, kişilər boşananda,
qadınlar isə ərə gedəndə kökəlirlər.
Ohayo Universitetinin bir qrup alimi 1986-2006-cı illər arasında 10 min
könüllünün iştirakı ilə tədqiqat keçirib. Sonucda məlum olub ki, nikahda
daha üstün rol oynadıqlarına görə qadınlar özlərinə ciddi diqqət verə
bilmir və bu səbəbdən də kökəlirlər. Kişilər isə boşanandan
sonra özlərinə diqqət vermir və çəkilərinin artması ilə üzləşirlər.