Tarixdə bu gün - 26 avqust

Son güncelleme: 26.08.2011 18:57
  • Tarixdə bu gün - 26 avqust

    noimage

    26 avqust. İlin sonuna 127 gün qalır.

    1071. Səlcuq hökmdarı Alp Arslanın başçılıq etdiyi ordu Bizans qoşununu məğlub edərək, Malazgirt döyüşündə qələbə qazanıb

    1728. Rus səyyah Vitus Berinq sonradan onun şərəfinə adlanacaq boğazı kəşf edib

    1742. Fransız kimyaçı Antuan Lavuazye anadan olub

    1770. Rus kəndlilərinin "kartof üsyanı" başlayıb

    1789. Sərkərdə, dövlət xadimi Abbas Mirzə Qacar anadan olub

    1789. İnsan və vətəndaş hüquqları Bəyannaməsi qəbul edilib

    1847. Liberiya müstəqilliyini elan edib

    1918. Azərbaycan Demokratik Respublikası və Osmanlı orduları ilə Böyük Britaniya və Bakı kommunasının silahlı qüvvələri arasında Bakı uğrunda vuruşlar başlayıb

    1920. ABŞ konstitusiyasına edilən dəyişiliklə qadınlar seçki hüququ əldə edib

    1920. Azərbaycan İnqilab Komitəsi taxıl inhisarı barədə dekret verib

    1921. Azərbaycan SSR XKS konservatoriyanın təşkili barədə dekret verib

    1936. Misir müstəqillik əldə edib

    1938. General Cəmşid Naxçıvanski vəfat edib

    1947. Millət vəkili Fəzail Ağamalı anadan olub
    1949. Şeyxülislam Hacı Allahşükür Paşazadə anadan olub

    1964. Mehriban Əliyeva anadan olub

    2008. Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyıb.
#26.08.2011 18:57 0 0 0