Nazpəri Dostəliyeva aparıcılıq edəcək

Son güncelleme: 26.08.2011 21:31
  • noimage

    Azərbaycanın xalq artisti Nazpəri Dostəliyeva sentyabrın 2-də İsmayıllıda açıq havada 15 nəfərlik ansamblla konsert verəcək.

    Bu barədə Lent.az-a müğənninin mətbuat xidmətindən məlumat verilib.

    Konsertdə tamaşaçıları iki saatlıq maraqlı proqram gözləyir.

    "Sehir" adlanan musiqili gecənin aparıcısı Nazpəri Dostəliyevanın özü olacaq.
    İsmayıllı Rayon İcra Hakimiyyətinin Başçısı Nizami Ələkbərovun da həmin gün konsertdə iştirakı gözlənilir.

    Lalə Yusifqızı
#26.08.2011 21:31 0 0 0