Eurovision - Mahnı Müsabiqəsinin Məşvərət qrupu Bakıda

Son güncelleme: 30.08.2011 20:53
  • noimage

    Avqustun 31-də "Eurovision" Mahnı Müsabiqəsinin Məşvərət qrupu Bakıda ilk iclasını keçirəcək.

    İctimai Televiziyanın ictimaiyyətlə əlaqələr və internet şöbəsindən
    Lent.az-a verilən məlumata görə, toplantıya ev sahibliyi edən yayımçı - İctimai Televiziya Məşvərət qrupunun üzvlərini gələn ilin mayında keçiriləcək 57-ci "Eurovision" Mahnı Müsabiqəsinin hazırlıq prosesi ilə bağlı məlumatlandıracaq.

    Məşvərət qrupunun iclasında "Eurovision Mahnı Müsabiqəsi-2012" ilə əlaqədar indiyədək görülən hazırlıq işləri, təşkilati məsələlər müzakirə olunacaq.

    Məşvərət qrupunun müsabiqəyə qədər 4-5 dəfə belə toplantısı gözlənilir.

    Xatırladaq ki, "Eurovision Mahnı Müsabiqəsi-2012"nin yarımfinal mərhələləri mayın 22-24-də, final mərhələsi isə mayın 26-da Bakıda keçiriləcək. Müsabiqədə 40-dan artıq ölkənin nümayəndəsinin iştirakı gözlənilir. Onlardan bəziləri artıq potensial qaliblərini seçməyə başlayıblar.
#30.08.2011 20:53 0 0 0