Tarixdə bu gün - 30 avqust

Son güncelleme: 30.08.2011 22:43
  • Tarixdə bu gün - 30 avqust

    noimage

    30 avqust. İlin sonuna 123 gün qalır.

    1873. Şimal Buzlu Okeanda Frans İosif torpağı arxipelaqı kəşf edilib

    1918. Fanni Kaplan sovet lideri Leninə uğursuz sui-qəsd həyata keçirib

    1922. Atatürkün başçılıq etdiyi türk ordusu Meydan müharibəsini (Büyük Taarruz) qazanıb. Bu tarix Türkiyədə Zəfər bayramı kimi qeyd edilir

    1933. "Air France" şirkəti təsis edilib

    1938. Amerikalı iş adamı, kosmetologiya sənayesinin banisi Maks Faktor vəfat edib

    1942. Azərbaycanlıların üstünlük təşkil etdiyi 416-cı atıcı diviziya "Taqanroq" adlandırılıb

    1944. Sovet ordusu Buxarestə daxil olub

    1981. İranın ikinci prezidenti Məhəmməd Əli Rəcai sui-qəsd nəticəsində həyatını itirib

    1991. Azərbaycan Respublikasının Ali Sovetinin növbədənkənar sessiyasında Azərbaycan xalqının iradəsini ifadə edərək "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Bəyannamə qəbul edib

    1992. Azərbaycan Respublikası Qazaxıstan ilə diplomatik əlaqələr qurub

    1995. Qazaxıstanın yeni Konstitusiyası qəbul edilib

    1995. NATO Serbiyada əməliyyatlara başlayıb.
#30.08.2011 22:43 0 0 0