Hədisi Qüdsi

Son güncelleme: 31.08.2011 22:00
  • Dini Yazılar - Hədisi Qüdsi

    Mərhum Şeyx Ağa Bozorg Tehrani özünün
    qiymətli "Əz - Zəriə" əsərində yazır:
    "Hədisi Qüdsi" kitabı müqəddəs Tövratdan seçilmiş qırx
    surədən ibarətdir ki, Həzrət Əlinin (a.s.) vasitəsilə ibri dilindən ərəb dilinə tərcümə edilmişdir.
    Bu kitab dövrümüzə qədər dəfələrlə müxtəlif dillərə tərcümə edilmişdir.

    Kitabın müqəddiməsində belə yazılıb: Bu bir faydalı kitabdır ki, çox qiymətli
    və bəlağətli moizələrdən ibarət olub. Həzrət Əli (a.s.) onu Musa ibn İmranın
    dilindən, yəni ibri dilindən ərəb dilinə tərcümə etmişdir. Bu kitab qırx
    surədən ibarətdir ki, Allahın həzrət Musa (a.s.) ilə heç bir
    vasitə olmadan danışdığı müqəddəs Tövratdan seçilmişdir.
    Bu dəyərli əsər Azərbaycan dilinə Hacı Qürbət Abdullahi tərəfindən
    tərcümə edilmişdir. Allahin izni ilə bu hədisləri hissə - hissə sizlərə çatdırmaq istərdim.

    BİRİNCİ HƏDİS
    Allah Təala buyurur: "Təəcüb edirəm o şəxsə ki, ölümə yəqin etdiyi halda necə də şad olur. Təəccüb edirəm o şəxsə ki, Qiyamət hesabına yəqin etdiyi halda necə də mal toplayır. Təəccüb edirəm o şəxsə ki, qəbr əzabına yəqinliyi olduğu halda necə də gülür. Təəccüb edirəm o şəxsə ki, dünyanın zay olub aradan gedən olmağına (məhv və zavalına) yəqinliyi olduğu halda necə də ona etibar edir (bel bağlayır). Təəccüb edirəm o şəxsə ki, Axirət və nemətlərinin əbədi olmağına yəqinliyi olduğu halda necə də istirahət edir (axirəti qazanmaq üçün çalışmır). Təəccüb edirəm o şəxsə ki, dildə alimdir, qəlbən nadan. Mən təəccüb edirəm o şəxsə ki, özünü su ilə pak etdiyi halda qəlbini paklamır. Təəccüb edirəm o şəxsə ki, öz eybindən xəbərsiz olduğu halda başqalarının eybini axtarmaqla məşğuldur. Təəccüb edirəm o şəxsə ki, Allahın onun bütün içlərindən xəbərdar olduğunu bildiyi halda necə günah edir. Təəccüb edirəm o şəxsə ki, tək ölüb qəbrə tək gedib, tək sorğu-sual ediləcəyini bildiyi halda necə də (Allah ilə ünsiyyət etməyib insanlarla ünsiyyət edir". (Və Allah buyurur: "Həqiqətən Allahdan başqa məbud yoxdur. Və Muhəmməd (s.a.s.) Mənim bəndəm və rəsulumdur".).

    Alıntı..
#31.08.2011 22:00 0 0 0