Yaddaş kartları sahəsində standartlaşdırma ilə məşğul olan "JEDEC Solid State Technology Association" təşkilatı DDR4 standartının xüsusiyyətlərinin hazırlanmasını gələn ilin ortalarına başa çatdırmaq niyyətindədir. Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, "JEDEC Solid State Technology Association" təşkilatı tərəfindən dərc edilmiş DDR4 parametrləri yeni standartı məhsuldarlığın artırılması və yaddaşın enerji sərfiyyatının azaldılması yolunda əhəmiyyətli addım kimi xarakterizə etməyə imkan verir.
DDR yaddaşı geniş əlavələr spektrində, o cümlədən server və personal kompüterlər, noutbuk və məişət qurğularında yüksəksürətli işlər nəzərə alınmaqla hazırlanır. Bununla belə, standartın tərtibatçıları yeni yaddaşa keçidi elektron qurğu istehsalçıları nəzərə alınmaqla asanlaşdırmağa çalışırlar. VDDQ çıxışının elektrik gərginliyi 1.2 volt səviyyəsində olacaq, VDD həcminə gəldikdə isə onun gələcəkdə azaldılması imkanı nəzərdə tutulub. Bu, səviyyələrin razılaşdırılması problemlərini aradan qaldıraraq standartın spesifik xüsusiyyətlərinin ömrünü uzatmağa imkan verəcək. Çünki giriş-çıxış xətlərinin gərginlik ölçülərinin müxtəlif yaddaşlarda dəyişməz qalması nəzərdə tutulur.
Yaddaş banklarının yeni arxitekturası daxil olmaqla, çoxsaylı tədbirlər məhsuldarlığın artırılması məqsədini daşıyır. Bir xətt üçün gərginliyin ötürülməsinin sürətini tədricən ilkin 1,6 GT/s-dən 3,2 GT/s-dək artırılması planlaşdırılır.