Türkiyədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı müğənni Günel Zeynalova ( Azəri Günel) hazırda yeni albom üzərində çalışır.
Bir müddət öncə həyatında dəyişiklik edib nişanlanan müğənni Lent.az-a açıqlamasında indi də menecer dəyişikliyi etdiyini boldirib.
Müğənni Ramazan ayında nişanlısı İnançla birlikdə bütöv ayı oruc tutub: "Bu il Ramazan ayı olduqca zövqlü və xoş oldu. İnançın ailəsi də, biz də oruc tutduq. Olduqca ürəkaçan ay idi, eyni zamanda studiyada oldum, gözəl mahnılar yazdırdım".
Müğənni doğum günü ərəfəsində toy etməyə hazırlaşır.