Tənhalıq və Ayrılıq haqqında aforizmlər

Son güncelleme: 02.09.2011 11:52
  • Aforizmlər - Tənhalıq və Ayrılıq haqqında aforizmlər

    ' Mən tək olan zaman fikirlərimin hər biri yanımda bir adam olur..(Bəxiyar Vahabzadə)

    ' İnsanlar körpü salmaq əvəzinə hasar çəkdikləri üçün tənha qalırlar.. (İsaak Nyuton)

    ' Yol yoldaşın sənə tay deyilsə,üstəlik, nadandırsa, onda yola tək çıxmağın yaxşıdır.. (Françesko Dürante)

    ' Bu dünyada hökmən bir həmdərdiniz olmalıdır: yoxsa məhv olarsınız.. (Ernest Heminquey)


    ' Bu dünyad insanı tənhalıq hsissi qədər əzən ikinci bir şey yoxdur..(Naməlum)

    ' Tənhalıq insanı xubin və bədbəxt edir.. (Robert Şerif)

    ' Bəzən izdihamların içində belə təkbaşına qaldığımız vaxtlardan daha tənha oluruq.. (Peyami Səfa)

    ' Həqiqi dostu olmamaq tənhalığın ən pisidir.. (Frensis Bekon)

    ' Sevilməyən bir insan hər yerdə və hər şeydə yalnızıdır.. (Jorj Sand)

    '

    ' Özünü tənha hiss edən insan üçün hər yer çöl-biyabandır.. (Anton Pavloviç Çexov)

    ' Əslində, tənha ikən tənha olmuram.. (İohann Kristof Fridrix Şiller)

    AYRILIQ

    ' Könlümü hansı gecə ayrılığın qan etməz?

    ' Hansı çarən bu sınıq qəlbimi nalan etməz?

    ' Bir gün olmaz ki sənin möhnəti-eşqin,gözəlim,


    '

    ' Qəlbim atəşkədə, göz yaşımı ümman etməz.. (Fələki Şirvani)

    ' Bir neçə gün hicran dağıyla tək qalsan, ayrılıqdan sonra xoş olar vüsal.. (Nizami Gəncəvi)

    ' Bütün dünyanı gəzib-dolaşdım, ayrılıq kimi dərd görmədim.. (Aşıq Veysəl)

    ' Ayrılıq hər məhəbbət şeirinin son misrasıdır.. (Cənab Şəhabəddin)

    ' Cahanda zalımlıqları ilə məşhur olan Şəddad və Nəmrudun belə etmədiyi zülmü mənə ayrılıq etdi..
    (İmadəddin Nəsimi)



    ' Ayrılıq dərdindən o qədər zəiflədim ki, nəqqaşlar belə surətimi xəyallarına gətirə bilməzlər..
    (İmadəddin Nəsimi)

    ' 'Ayrılıq dəmi gəldiyini' həqiqət kimi yox, bir söz olaraq söylədim.. (Şəms Təbrizi)

    ' Bu dünyadakı nemət və ləzzətləri istədiyin qədər sevsən, onlara istədiyin qədər möhkəm bağlansan,
    ayrılıq əzabın da sevgi qədər böyük olacaq.. (Muhəmməd Qəzzali)

    ' Məni anlamaq üçün ayrılıq əzabı çəkmiş, qəlbi yaralanmış bir insan istəyirəm ki, iztirablarımı,

    '
    dərdlərimi ona anladım.. (Cəlaləddin Rumi)

    ' Ayrılığın nə olduğunu bilmək istəyirsən? Bil ki, ayrılıq aşiqlərin yoludur.Balıq olanın canı dənizdir.Buna
    görə də dənizdən ayrı düşən balıq daim dənizin həsrətini çəkər.. (Cəlaləddin Rumi)

    ' Ayrılığı ölümlə eyni tərəziyə qoydular, əlli dirhəm artıq gəldi.. (Naməlum)

    ' İnsanların bir-birlərini tanımaları üçün ən yaxşı vaxt ayrılıqlarına yaxın olan vaxtdır.. (Fyodor
    Mixayloviç Dostoyevski)

    '

    ' Ayrılığın səfasındansa vüsalın kədəri daha yaxşıdır.. (Yəhya ibn Muaz)

    ' Ayrılıq eşqi kəskinləşdirir, vüsal isə daha da gücləndirir.. (Tomas Fuller)

    ' Ayrılıq zamanı insanın gözünü yumub-açması müddəti ona bir il kimi gələr.. (Cəlaləddin Rumi)

    ' Külək atəş üçün necədirsə,ayrılıq da eşq üçün elədir: kiçik eşqləri söndürür, böyük eşqləri isə
    alovlandırır.. (Cəlaləddin Rumi)

    ' Ayrılıq sevginin məlhəmi olduğu kimi, qəzəbi də, kini də azaldır.. (Jan de Lafonten)

    '

    ' Hər birini görməyin dadı başqa, ayrılıb-qovuşmağın dadı başqadır.. (Mişel de Monten)

    ' Sevdiyimiz,yanımızdan ayırmaq istəmədiyimiz elə bir şey yoxdur ki, bir gün ya onlar bizdən, ya da biz
    onlardan ayrılmayaq.. (Naməlum)

    ' Hər ayrılıq ölümün əvvəlcədən dadılması kimidir, yenidən qovuşmaq da yenidən dünyaya gəlməyin
    əvvəlcədən dadını hiss etmək kimidir.. (Artur Şopenhauer)

    ' Yarla həmdəm olmayan hicrandaki əzabı bilməz.. (Əbdülfəttah Şahin)

    '

    ' Ayrılıq olmasaydı, heç kəs bir-birini bu qədər sevməzdi.. (Naməlum)

    ' Budur fərqi,könül,məhşər günün ruzi-hicrandan,

    ' Kim,ol can döndərər cismə, bu cismi ayırar candan.. (Məhəmməd Füzuli)

    ' Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım,

    ' Oyadar xəlqi əfqanım,qara bəxtim oyanmazmı?..(Məhəmməd Füzuli)
#02.09.2011 11:52 0 0 0