Sağlıq - Sağlamlıq - Sağlamlıq haqqında tövsiyyələr
Məşhu türk ürək həkimi Mehmet
Öz sağlam həyat üçün öz tövsiyyələrini belə açıqladı.
Mütəxəssis sağlam və uzun ömür üçün 3 məsləhət verib:
"həm ət, həm tərəvəz yeyin", "torpaqda yetişən qidaları
seçin" və "idman edin". Onun digər tövsiyyələri isə belədir:
-Brokoli - Xolestrolu salır.
Qaraciyərləri təmizləməyə kömək edir.
-Zeytun yağı - Ürək xəstəlikləri riskini azaldır.
-Omeqa 3 - beynin sağlam inkişafı üçün idealdır.
-Yumurta - mütəxəssis gündə bir yumurta yeməyi məsləhət görür.
(yüksək təzyiqdən əziyyət çəkənlər istisnadır)
-Şokolad - İçərisindəki süd nə qədər azdırsa, bir o qədər faydalıdır.
Daha çox qara şokoladdan istifadə məsləhət görülür.
Həftədə bir neçə dəfə 30 qram şokolad yemək faydalıdır.
-Çərəz - aclığı və pis xolestrolu azaldır.
-Qəhvə - içindəki antioksidanlar sayəsində parkinson
xəstəliyi riskini azaldır. Ancaq çox içildikdə sinir sisteminə pis təsir edə bilər.
-Süd - südün tərkibindəki maddələr qidaların tez həzm
olunmasına kömək edir. Bu da yağların bədəndə çox qalmasının
qarşısını alır. Gündə yarım litrə qədər süddən istifadə etmək olar.
-Ət - həftədə ən çoxu 0,5 kq ət qəbul edilməlidir.
Bundan artığı çəkinin artmasına və sağlamlıqla bağlı problemlərə səbəb ola bilər.
-Çiyələk və böyürtkən - içərisindəki yüksək miqdarlı antioksidanlar
yaşlılıqla bağlı yaranma riski yüksək olan ürək xəstəlikləri, xərçəng
və diabetin qarşısını almağa kömək edə bilər.