Badımcan qovurması

Son güncelleme: 06.09.2011 22:43
  • badimcan yemekleri

    noimage

    Badımcan (əsl xuruş üçün çox kiçik badımcanlar olmalıdır)
    Qoyun əti
    Baş soğan
    Limon turşusu
    Sarıkök
    Duz, istiot
    Ərinmiş yağ və ya bitki yağı




    Badımcanları 1,5 sm enində dairəvi kəsib duzlayın, bir saat ərzində duzlanmiş qalsın. Sonra yuyub, qurudun və yağda qızardın.
    Əti 3x3 sm kublarla kəsin. Qazana salıb bir az su əlavə edin və yarəhazır bişirin. Duz yaddan çıxmasın. Kəfi yığın.

    Soğanı həlqəvi doğrayıb, qızardın, soğan "ölüb", şəffaf olmalıdır. Əti əlavə edib soğan qızılı rəng alınadık bişirin. Bişərkən qarışdırmaq lazımdır, ət də yaxşı qızarılmalıdır.

    Bundan sonra ətin üstünə badımcanları yığın. Fincana 1 çay qaşığı limon turşusu, 0,5 çay qaşığı sarıkök və biraz duz töküb qaynar su əlavə edin. Bunlar suda əriyərkən qovurmanın üstünə tökün. Odu azaldın. Qovurmanı qapaqla örtün və vaxtaşırı badımcanlar əzilmədən çevirin. Turşulu kütlə xörəklə yaxşı qarışmalıdır.

    Nuş olsun!


#06.09.2011 22:43 0 0 0