BTC ilə nəql olunan Azərbaycan neftinin həcmi açıqlandı

Son güncelleme: 07.09.2011 10:49
  • noimage

    Bu ilin avqust ayı ərzində Bakı-Tiflis-Ceyhan (BTC) Əsas İxrac Boru Kəməri vasitəsilə 2 milyon 894 min 468 ton Azərbaycan nefti nəql olunub.

    Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu ilin yanvar-avqust aylarında bu kəmərlə 22 milyon 761 min 876 ton neft ötürülüb.

    Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2011-ci il sentyabr ayının 1-ə qədər BTC-yə 166 milyon 317 min 818 ton neft vurulub. Bundan başqa, cari ilin avqust ayında BTC kəməri ilə 148 min 118 ton Türkmənistan nefti nəql olunub.

    Qaynaq:Lent.az
#07.09.2011 10:49 0 0 0