Mənim baxmadığımı düşündüyün zaman

Son güncelleme: 07.09.2011 14:52
  • Sevgi sözleri - Gözler sözler - Alıntı sözler


    Mənim baxmadığımı düşündüyün zaman-mən gördüm, çəkdiyim ilk rəsmə necə həvəslə baxdığını və gizlətdiyini, bu səbəbdən mən davamlı olaraq rəsm çəkdim və rəssam ola bildim...

    Mənim baxmadığımı düşündüyün zaman-mən gördüm, sənin mənim üçün ən sevdiyim şirniyyatı bişirdiyin zaman mən bu zaman öyrəndim, öyrəndim ki, ən kiçik hal belə həyatın ən vacib halına çevrilə bilər...

    Mənim baxmadığımı düşündüyün zaman-mən gördüm-sənin necə dua etdiyini və anladım ki, yüksəklərdə dua edəcəyimiz biri var, daim dua etdim və Allaha sığındım...

    Mənim baxmadığımı düşündüyün zaman-mən gördüm-sən xəstə olan birinə necə kömək etdiyini və anladım ki, insanlar daim bir-birinə kömək etməli və əl tutmalıdır...

    Mənim baxmadığımı düşündüyün zaman-mən gördüm-əgər bir insan müəyyən imkanlara sahibdisə başqalarına kömək edə bilirsə və edirsə kimin ki, heç nəyi yoxdur özünün olduğu ilə mütləq paylaşmalıdır....

    Mənim baxmadığımı düşündüyün zaman-mən hiss etdim-mənim yuxuya getməmişdən əvvəl məni öpdüyünü-həmin vaxtdan etibarən mən sevgi və təhlükəsizliyi öyrənmiş oldum...

    Mənim baxmadığımı düşündüyün zaman-mən gördüm-hətta bəlli səbəblər ola-ola sən necə daim öz vəzifələrini yerinə yetirməkdə can yandırırsan həmin andan etibarən cavabdehlik və öhdəliyi öyrənmiş oldum...

    Mənim baxmadığımı düşündüyün zaman-mən gördüm-göz yaşlarının necə süzüldüyünü və anladım ki, hərdən bizi incidirlər və artıq ağlamaq normal bir haldır...

    Mənim baxmadığımı düşündüyün zaman-mən gördüm-sənin necə narahat olduğunu və həmin an ola biləcəyim hər şey olmaq istədim...

    Mənim baxmadığımı düşündüyün zaman-mən gördüm-həyatdan bir sıra dərslər ala bildim, anladım ki, bu dərslər insanın yaxşı və faydalı insan kimi formalaşması üçün mütləqdir...

    Mənim baxmadığımı düşündüyün zaman-mən sənə hər zaman baxırdım və baxıram da demək istədiyim odur ki: " Mən gördüklərimə görə sənən minnətdaram-hansı ki, mənim görmədiyimi və hiss etdiyimi düşündün".

    alıntı..
#07.09.2011 14:52 0 0 0