Bakıda Babəkin abidəsi ucaldılacaq

Son güncelleme: 08.09.2011 20:55
  • noimage

    Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərində böyük Azərbaycan sərkərdəsi Babəkin abidəsinin ucaldılması haqqında sərəncam verib.

    Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, sərəncamda qeyd olunur ki, Bakı Şəhər İcra Hakimiyyəti Babəkin abidəsinin ucaldılması ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Prezidentinə təqdim etsin.

    Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

    Qaynaq:Lent.az
#08.09.2011 20:55 0 0 0