Xalq artisti Aygün Kazımova bu günlərdə yeni açılan moda evlərindən birinin açılışında iştirak edib.
Lent.az-ın məlumatına görə, müğənni bundan sonra Türkiyə və Azərbaycanda yaşayacaq: "Bir ayağım orda, üç ayağım Azərbaycanda olacaq. Bir həftədən sonra Türkiyəyə getməyə hazırlaşıram".
Müğənni "Düşün məni" adlı yeni mahnısına çəkdirdiyi klipin həm Türkiyənin "Kral" musiqi telekanalında, həm də yerli kanallarda nümayiş olunacağını deyib: "Bundan başqa "Səssiz sinema" adlı yeni mahnıma klip çəkiləcək. Musiqisi Hakana, sözləri Leyliyə aiddir".
Xalq artisti yeni və keçmiş sevgilisi haqqında danışıb: "Sevgilimi itirmişəm... Axtarıram, tapa bilmirəm. Namiqlə bağlı isə heç nə danışmaq istəmirəm".