Hikmət sahiblərinin dediklərindən

Son güncelleme: 08.09.2011 23:57
  • Hikmetli sözler - Dini yazılar

    Rəsulullah (s. a. a) buyurmuşdur ki: "Allahı Təala, qardaşım Əliyə sayılmayacaq qədər çox fəzilətlər vermişdir. Kim onun fəzilətlərindən birini, ona təsdiq etdiyi halda zikr etsə, allahı Təala onun keçmişdə və son zamanda işlədiyi günahlarını bağışlayar. Kim onun fəzilətlərindən birini yazarsa, mələklər davamlı olaraq o yazıdan bir əsər qaldıqca ona bağışlama diləyərlər. Kim onun fəzilətlərindən birini dinlərsə, ALLAH Təala, onun eşitmək yoluyla işlədiyi günahlarını bağışlayar. Kim onun fəzilətlərindən olan bir yazıya baxsa, ALLAH Təala, onun baxmaq yoluyla işlədiyi günahlarını bağışlayar."

    Üç şey var ki, əgər mömin onları öyrənsə ömrünün uzanmasına və ne`mətlərin davamlı olmasına səbəb olar; namazın rüku və səcdələrini uzatmaq, qonağı olan zaman süfrəsinin başında oturmağını uzatmaq və ailəsinə və qohumlarına ehsan və yaxşılıq etmək.İmam Sadiq (ə)

    İmam Məhəmməd Baqir (ə) buyurub: "Üç şey uca məqamlılıq bəxş edər, üç şey günahın kəffarəsidir, üç şey həlak edər, üç şey də nicat verər. Uca məqam bəxş edən şeylər hamıya salam vermək, qonaqlıq vermək və gecə namazı qılmaqdır. Günahın kəffarəsi qışdı fərəhlə və həvəslə dəstəmaz almaq, gecə-gündüz məscidə getmək və camaata qarşı diqqətli olmaqdır. (Yəni, onların haqqına riayət etmək). Həlak edən şeylər simiclik, nəfsani arzu və istəklər və xudpəsəndlikdir. (Yəni, özünübəyənmə). Nicat bəxş edən şeylər isə gizlində də, aşkarda da Allahdan qorxmaq, istər varlı, istərsə də kasıblıq halında orta həddə riayət etmək, həm qəzəb və həm də sevinc halında ədalətlə danışmaq."


    Helm elə bir dostdur ki, heç vaxt səhv etməz. Qənaət elə bir qılıncdır ki, küt olmaz. Çətin gündən ötrü ən yaxşı ehtiyat səbirdir. Hər kəs səbri özünün yavəri etsə heç bir hadisədən qorxusu olmaz.Həzrəti Əmirəlmöminin Əli ibn Əbu Talib(ə)


    Üveys Qərəni deyib: Hikmət sahiblərinin sözlərindən heç biri mənə bu cümlə qədər fayda verməyib: Bir üzlə həmahəng ol ki, başqa üzlərdən ehtiyacsız olasan; Allahla həmdəm ol ki, səni başqalarına möhtac olmağa qoymasın.


    Ümmətimin iki təbəqəsi mənim şəfaətimdən məhrumdurlar; zülmkar hökmdar və aşkar günahkar.Həzrəti Məhəmməd (s.a.s)

    Mömin o kəsdir ki, yaxşı işindən xoşhal, pis işindən narahat olsunlar.Həzrəti Məhəmməd (s.a.s)


    Əvvəli "Bismillahir-rəhmanir-rəhim"lə başlayan dua geri qaytarılmaz (əlbəttə ki, sair şərtləri ilə). Mənim ümmətim Qiyamət günü dillərində "Bismillah" olduğu halda daxil olarlar. Buna görə də yaxşı əməl tərəzilərinin gözü ağır olar. Deyərlər: "Məhəmməd (s) ümmətinin əməlləri nə ağır gəlir?!" Peyğəmbərlər cavab verib deyərlər: "Bu ümmətin hər sözünün əvvəli Allahın üç müqəddəs adı ilə başlanıb (yəni Allah, Rəhman və Rəhim). Əgər bu adlar tərəzinin bir gözünə, camaatın günahları isə digər gözünə qoyulsa bu müqəddəs adlar daha ağır gələr.Həzrəti Məhəmməd (s.a.s)


    Şeytan öz qoşununa dedi: "Əgər üç işdə Adəm övladına hakim ola bilsəniz daha qorxum olmaz, çünki bundan sonra onun heç bir əməli Allah dərgahında qəbul olunmaz. Bunlar xeyir işi böyük hesab etmək, günahı unutmaq və özünü bəyənməkdir."İmam Sadiq (ə)

    Loğman oğluna dedi: "Ey oğul! Hər şeyin əlaməti var ki, sənə onları bəyan edirəm. Dinin üç nişanəsi var; elm, etiqad və əməl. İmanın üç nişanəsi var; Allahı tanımaq, onun bəyəndiyi şeyləri tanımaq və Onun bəyənmədiyi şeyləri tanımaq. Ağıllı adamın üç əlaməti var; namaz, oruc və zəkat. Mütəzahirin (elmi Allahdan başqasından ötrü öyrədən) üç əlaməti var; özündən üstünlə çəkişər, heç bir elmi və mə`lumatı olmadan söz deyər və çata bilməyəcəyi şeylərin ardınca gedər. Zülümkarın üç əlaməti var; özündən üstün olana itaət etməz, əlaltılarını incidər və zülümkarlarla həmkarlıq edər. Münafiqin də üç əlaməti var; ürəyindəki ilə danışığı əməli ilə ürəyi və gizlini ilə aşkarı, bir-birinin ziddinədir. Günahkarın üç əlaməti var; zülm, yalan və sözünə xilaf çıxmaq. Riyakarın üç əlaməti var: Təklikdə (ibadətdən ötrü) halsızdır, camaat arasında fərəhlidir və hər bir işində gözü camaatın tərifindədir.

    Çətin gündən ötrü ən yaxşı ehtiyat səbirdir. Hər kəs səbri özünün yavəri etsə heç bir hadisədən qorxusu olmaz.Həzrəti Əmirəlmöminin Əli ibn Əbu Talib(ə)

    Bir hikmət sahibi deyib: "Təəccüb edirəm o kəslərə ki, Allahı tanıyır, lakin, itaət etmir, savaba ümidi var, lakin iş görmür, Allahın əzabından qorxur, amma günahdan çəkinmir. Elmin şərəfini bilir, lakin, cahilliklə razılaşır, dünyaya bel bağlamamalı olduğunu bilir, lakin bütün sə`y və himmətini dünyaya sərf edir, axirətə gedəcəyini bilir lakin ondan qəflət edərək onu bərbad edir, ölüm ona doğru gəlməkdədir, o isə uzun-uzadı arzulardadır."

    İmam Səccad (ə) buyurub: "Həyatın ən çətin vaxtları üç andır; ölüm mələyi görünən zaman, qəbirdən hərəkətə gələn zaman və Allahın hüzurunda dayanıb ya cənnət fərmanının sadir olmasını, ya da cəhənnəm göstərişinin verilməsini gözləmək."

    Allahın bir kəsdən xoşu gəlsə, ona səkkiz xüsusiyyət ilham edər: naməhrəmdən göz yummaq, Allahdan qorxmaq, həya, salehlərin əxlaqı, səbr, əmanətdarlıq, doğruçulluq və səxavət.Həzrəti Məhəmməd (s.a.s)

    Şəbi deyir: "Əli (ə) doqquz misli görünməmiş fəsahət və bəlağətli cümlə işlətmişdir ki, bütün insanlar bir yerə cəm olsalar da bunların bir cümləsi kimi cümlə işlədə bilməzlər. Bu cümlələrin üçü o həzrətin (ə) münacatlarından, üçü hikmətli sözlərindən, üçü də ədəb və əxlaq mövzusunda olan kəlamlarındandır. Münacatlarından olan üç cümləsi bunlardır:
    "İlahi, mənim başucalığımdan ötrü Sənə bəndə olmağım və iftixar etməyimdən ötrü, Sənin kimi bir Allahımın olmağı mənə bəsdir. İlahi, Sən mənim sevdiyim kimisən və məni də elə et ki, sənin sevdiyin kimi olum."
#08.09.2011 23:57 0 0 0