İmam Məhəmməd Baqir (ə) buyurur: "İki mömin görüşən zaman elə ki, bir-birinə əl verirlər, Allah da öz (rəhmət) əlini onların əllərinin arasına daxil edir. Onlardan hansı daha istiqanlılıq və məhəbbətlə əl tutarsa Allahın da rəhməti ona daha çox şamil olar."
İmam Cəfər Sadiq (ə) buyurur: "Böyüklərə hörmət, kiçiklərə mərhəmət etməyənlər bizdən deyil."
Həzrət Davud (ə) Bəni-İsrailə buyurdu: "Qarnınıza pakdan başqa bir şey salmayın və ağzınızdan pakdan başqa bir şey çıxartmayın. (Birincisi halal yemək, ikincisi isə ləyaqətli sözə işarədir.)
İsa (ə) buyurur: "Dünyanı üzü üstə yıxıb arxasına minən mənəm! Nə övladım var ki, ölsün və nə də evim var ki, xarab olsun.
Allah hər kəsə beş işdə tövfiq versə, ondan ötrü beş mükafat hazırlayıb; hər kəsə şükr etmə tövfiqi versə onun üçün çoxlu nemət hazırlayıb, hər kəsə dua etmək tövfiqi versə ondan ötrü icabət hazırlayıb, hər kəsə tövbə və istiğfar tövfiqi versə ondan ötrü bağışlama hazırlayıb, hər kəsə sədəqə vermə tövfiqi veribsə ondan ötrü əvəz hazırlayıb və o kəsə ki, iman verib ona behişt də verəcək.Həzrəti Məhəmməd s.a.s peyğəmbər
Beş şeydən qabaq beş şeyi qənimət bil; qocalıqdan qabaq cavanlığı, fəqirlikdən qabaq dövlətliliyi, məşğul olmaqdan öncə asudəliyi, xəstəlikdən öncə sağlamlığı və ölümdən öncə diriliyi.Həzrəti Məhəmməd s.a.s peyğəmbər
Əli (ə) buyurub: "Faydası olan ağlamaq üç cürdür: Allah qorxusundan ağlamaq, günahdan utanmağa görə ağlamaq və Allahdan ayrı düşmək qorxusu ilə ağlamaq. Bu ağlamaqların birincisi günahların kəffarəsidir, ikincisi eyiblərdən paklanmağa səbəb olar, üçüncüsü isə Allaha və onun razılığına qovuşmaq vasitəsidir. Günahın kəffarəsinin verilməsi əzabdan xilas olmağa, eyiblərdən paklanma ne`mətlərin davamlı olmasına, Allaha və Onun razılığına qovuşmaq isə onun tərəfindən daha artıq mərhəmət və lütfə səbəb olar."
Peyğəmbərin (s) səhabələrindən biri deyib: "Beş vacib namazı əvvəl vaxtında qılan kəsə Allah doqquz inayət göstərər: Allahın məhbubuna çevrilər, bədəni sağlam olar, onu mələklər qoruyar, evi bərəkətlə dolar, üzü saleh insanların surətini alar, ürəyi yumşalar, sirat körpüsündən ildırım surəti ilə keçər, atəşdən xilas olar, Allah dərgahında heç bir qorxusu və qəm-qüssəsi olmayanlarla bir yerdə olar."
Yenə İmam Cəfər Sadiq (ə) buyurub: "Elə ki, bir mömin dünyadan getdi və mö`minlərdən qırx nəfəri onun dəfn mərasimində iştirak edib "Pərvərdigara, biz onun barəsində yaxşılıqdan başqa bir şey bilmirik, Sən Özün onun vəziyyətindən daha agahsan." - desələr Allah tərəfindən xitab olunar: "Mən sizin sözünüzü qəbul etdim və onun sizin xəbəriniz olmadığı günahlarını da qəbul etdim." (Bir şərtlə ki, əqidəsi səhih olmuş olsun.)
Dörd kəs behiştə daxil olmaz: Falçı, şərabxor, münafiq və sözgəzdirən. (Lakin, tövbə edib keçmişdəki pisliklərini yaxşı işlərlə əvəz etməkləri istisnadır.)İmam Sadiq (ə)
Təəccüb edirəm o kəslərə ki, dörd şeydən qorxduğu halda dörd şeyə pənah aparmır:
1. O kəs ki, pislikdən qorxur, lakin bu ayəyə pənah aparmır:
Həsbunəllahu və ni`məl vəkil.
Allah bizə bəsdir və O, çox gözəl vəkildir
Allah bu cümləni deyən kəslər barəsində buyurur: "Allahın ne`mət və fəzli ilə qayıtdılar və heç bir zərər də onlara toxunmadı"
2. Qəm-qüssə içində olan şəxs Yunis peyğəmbərin (ə) dilindən olan bu ayəyə pənah aparmır:
La ilahə illa ənt, inni kuntu minəz-zalimin.
Səndən başqa Allah yoxdur, Sən paksan, zülümkarlardan olan isə mən idim.
Allah bu ayənin ardınca buyurur: "Biz onun duasını müstəcab etdik və onu qəm-qüssədən azad etdik və Biz mö`minlərə belə nicat veririk."
3. Başqalarının məkrindən qorxan kəs isə bu ayəyə pənah aparmır:
Və ufəvvizu əmri iləllah, innəllahə bəsirun bil-ibad.
İşimi Allaha tapşırıram. O, bəndələrini görür və onlara nəzarət edir.
Bu ayənin ardınca Qur`anda belə deyilir:
"Allah onu onların hiyləsindən qurtardı."
4. Dünyanın bər-bəzəyini istəyən şəxs isə bu ayəni oxumur:
Ma şaəllahu la qüvvətə illa billah.
Hər nə Allah istəsə o da olacaq, Allahın qüvvətindən başqa qüvvət yoxdur.
Allah bu cümləni deyən şəxsə kömək edəcəyini vəd edib.İmam Sadiq (ə)
Allah dörd peyğəmbərdən başqa heç kəsə padşahlıq verməyib: Nuh peyğəmbərdən (ə) sonra gəlmiş Zülqərneyn (ə), Davud (ə), Süleymana (ə) və Yusifə (ə). Zülqərneyn (ə) şərqdən qərbə qədər olan əraziyə padşahlıq edib. Davud (ə) və Süleyman (ə) keçmiş Şam və Fars körfəzinə qədər olan ərazidə padşahlıq etmişlər. Yusif (ə) isə Misirin hakimi olmuşdur.
Dörd peyğəmbərdən (ə) dörd söz qalıb: Həzrət Musadan (ə) "Hər kim pis dostdan qırılsa, sanki Tövrata əməl edib", həzrət Davuddan (ə) "Hər kəs nəfsani istəklərdən uzaq olsa sanki Zəbura əməl edib", həzrət İsadan (ə) "Hər kəs Allahın qismətinə razı olsa sanki İncilə əməl edib", həzrət Məhəmməddən (s) isə "Hər kəs dilinə hakim olsa sanki bütün Qur`ana əməl edib."
Cümə günü günlərin ən üstünüdür və Allah yanında fitr və Quban bayramlarından da üstündür. Cümə gününün beş üstün xüsusiyyəti var:
1) Adəm bu gündə yaranıb.
2) Bu gündə də yerə enib.
3) Vəfatı da bu gündə olub.
4) Cümə günündə bir saat var ki, hər kəs Allahdan öz hacətini həmin saatda istəsə qəbul olunar. Bu şərtlə ki, haram bir şey istəməsin.
5) Müqərrəb mələklər, yer, göy, küləklər, dağlar, su, quru hamısı nigarandırlar ki, olmaya qiyamət günü də bu gündə olsun. (Yəni, çox ehtimal var ki, Qiyamət günü də bu gündə olsun.)
Ey Əli! Beş şey gözün nurunu artırar: Kəbəyə baxmaq, Qur`anın xəttinə baxmaq, ata-ananın üzünə baxmaq, alimin üzünə baxmaq və bir də axar suya baxmaq.Həzrəti Məhəmməd s.a.s peyğəmbər
İmam Hüseynə (ə) buyurub: "Vacibləri yerinə yetir ki, hamıdan təqvalı olasan, Allahın qismətinə razı ol ki, hamıdan daha ehtiyacsız olasan, günahdan çəkin ki, hamıdan daha zahid olasan, qonşunla xoş rəftar et ki, mö`min olasan və yoldaşınla da yaxşı davran ki, İslamın şərtlərindəndir."
Peyğəmbər (s) oturdu. Məni, Fatiməni (ə) Həsəni (ə) və Hüseyni (ə) çağırıb yanında əyləşdirdi. Sonra öz əbasını beşimizin də üzərinə saldı. Allah-təala bu ayəni nazil etdi:
Həqiqətən, Allah iradə edir ki, siz əhli-beytdən bütün çirkinlikləri uzaqlaşdırsın və sizi pak-pakizə qərar versin.
Cəbrail (ə) Peyğəmbərə (s) dedi: Onda Rəsuləllah buyurdu: "Ey Məhəmməd, mən də sizdənəm" Bizim altıncımız da Cəbraildir.