Hər islandığımda içimdəki küçələrini hüzn örtər, sel basar
Və mən
Göz yaşlarım görünməsin deyə yağışda ağlayaram
Zehnim boş,baxışlarım uzaqları axtarır...
Ayrılığın boğazımda min düyün.
Könlümdə xəzan iqlimləri
Bir sentyabr səhəri kimidir təkliyim.
İndi niyə yaşayıram bilmirəm.
Sənsizlik boğazıma keçmiş ip kimidir
İçimdə bir acı var.
Gözlərimdə ayrılığın ağrıları .
Titrəyən əllərimə sözüm keçmir artıq
Titrəyən ürəyimə təsəlli ola bilmir heç mahnı
Halbuki heç bir ağrıda ürəyim bu qədər ağrımamışdı
Heç belə olmamışdı...
Güvəndiyim ürəyin yoxdur ürəyimdə
Səndən mənə bir iztirab qaldı.
Bir fırtınaya məhkumdur gələcək günlərim
Yandırdığım şəkillərin deyil, ürəyimdir
Ürəyim üşüyür, canım yanır
Nə yalan danışım sənsizlik məni çox sıxır...
Səndən sonra...
İçimdəki ağaclar yıxıldı
Yarpaqlar töküldü
Alnıma acı bir ayrılıq yazıldı.
Bağladı bütün baharlar qapılarını üzümə
Könlümə heç açılmayacaq kilidlər düşdü
Zaman susdu
Yaşananlar bir xəyaldı...
Qələmim ayrılıqlara küsdü...
Səndən sonra...