Faydalı məsləhətlər

Son güncelleme: 09.09.2011 02:28
  • Məsləhətlər - Faydalı məsləhətlər

    noimage

    Balıq və ət məhsullarını uzun müddət saxlamaq istəyirsinizsə, alüminium folqaya bükə və soyuducunun buz yerinə qoya bilərsiniz.

    * Buzunu açdığınız qidanı bir daha dondurmayın.
    * Bişmiş sousluq ətləri soyuducunun buz yerində saxlayın.
    * Soyuducunu çox doldurmayın. Çünki çox dolu soyuducuda hava normal dövr etmədiyi üçün qidaları yaxşı soyuda bilmir.
    * Meyvə-tərəvəzlərin rənglərini itirməməsi üçün soyuducunun meyvə-tərəvəz hissəsinə yerləşdirin.
    * Cəfəri və şüyüd kimi göyərtiləri doğrayarkən taxtanı islatmağı unutmayın, çünki quru taxta göyərtilərin suyunu özünə çəkir.
    * Şüyüdün toz halına gətirilən toxumları kekslərdə, biskvitlərdə və bəzi kremlərdə istifadə edilir.
    * Cəfəri və buna bənzər göyərtilər saralarsa, əvvəlcə, təmizləyin, sonra su ilə dolu stəkana saplaq tərəfindən yerləşdirib, soyuducuya qoyun.
    * Cəfərini soyuq suda deyil, isti suda yusanız, daha yaxşı doğranar.
    * Bıçaqdakı soğan qoxusunu nanə yarpağı ilə ovaraq apara bilərsiniz.
    * Soğanları nazik-nazik doğrayın və bir neçə saat limon suyunda və ya zeytun yağında saxlayın, sonra süzərək çıxarın. Belə etsəniz, həmin soğanlardan istifadə etdikdə yeməklər daha ləzzətli olar.
#09.09.2011 02:28 0 0 0