sağlıq - tezyiq - tezyiq haqqında - tezyikin dermanı
Tədqiqatçılar bu meyvə və tərəvəzlərin təzyiqi aşağı salmaqda faydalı olduğunu deyir
Mütəxəsislərə görə yemiş, qarpız və pomidor kimi kalium baxımından zəngin olan meyvə və tərəvəzlər təzyiqi aşağı salmaqda faydalıdır.
Aparılan araşdırmalarda kalium tərkibli qidaların yüksək təzyiqi aşağı saldığını təsdiq edən tədqiqatçılar, xəstələrin qarşısını almaq üçün, tərkibində bol kalium olan qarpız və üstündə dilim xətləri olan çox ləzzətli kiçik bir Kantalup yemişin tez-tez yeyilməsinin vacib olduğunu söyləyib.
Kantalup yemişinin dörddə birində 800 -900 qram kalium olduğunu söyləyən mütəxəsislər, bu miqdarın günlük kalium ehtiyacımızın 20%-ni tək başınaqarşıladığını da qeyd edib.
Tədqiqatçılar yemiş və qarpızla yanaşı, qaysı qurusu, avakado, əncir, portağal, quru üzüm, lobya, kartof, pomidor və hətta üzümün də kalium tərkibli qidalar olduğunu əlavə edib.