Avstraliyalı alimlərin apardığı bir araşdırmada şokoladın stressi azaltdlğı məlum olub
The Daily Telegraphda yayımlanan xəbərə görə, Avstraliyalı alimlər tərəfindən həyata keçirilən araşdırma, yağ və şəkər baxımından zəngin olan qidanın stressi azaltmaq üçün beyindəki kimyəvi quruluşu dəyişdirdiyini göstərib. New South Wales Universitetinin Tibb bölməsinin tədqiqatçıları, bu ləzzətli qidanın keçmiş travma təsirini sildiyini müəyyən ediblər.
Bu prosesin nece baş veridiyini bilmədiklərini söyləyən alimlər, bunun biokimyayla əlaqəli olduğunu bildirib. Alimlərin siçanlar üzərində apardığı araşdırmada, antidepresanların beyindəki sinir inkişafını yüksəltdiyi kimi şokoladın da eynilə nevroloji təsirə malik olduğu məlum olub.