Sağlam yaşamaq istəyirsinizmi?

Son güncelleme: 12.09.2011 03:57
  • Sağlamlıq - Sağlam yaşamaq üçün ne etmeli?

    • Meyvə-tərəvəzi süfrənizdən əskik etməyin: Xüsusilə də pomidor, qırmızı üzüm yeyənlərdə infarkt, xərçəng və şəkər ehtimalı daha az olur.

    • Dişlərinizi qoruyun: Böyürtkən bakteriyaların dişə yapışmasının qarşısını alır və dişəti xəstəliyi ehtimalını azaldır. Alma, portağal, yerkökü, ispanaq kimi lifli qidalar da dişləri qoruyur.

    • Su içməyi unutmayın: Gündə beş stəkan su içən adamlarda bağırsaq xərçəngi ehtimalı 50% az olur.

    • İdmanla məşğul olun: Gündə bir kilometr piyada gəzmək və ya həftədə yüngül idmanla məşğul olmaq ürək-damar xəstəliklərinin qarşısını alır.

    • Kəpəkli məhsullar xərçəngdən qoruyur: Həftədə 4 dəfə kəpəkli çörək, makaron və ya qabıqlı düyü yemək xərçəng ehtimalını 40% azaldır.

    • Duzu azaldın: Həddindən artıq duz iflicə və ürək-damar xəstəliklərinə səbəb olur. Buna görə də gündə 5 qram duz yemək kifayətdir.

    • Hər gün vitamin qəbul edin: Tərkibində foli turşusu olan vitamin həbləri xərçəng və ürək-damar xəstəliklərindən qoruyur.

    • Fast-food yeməklərini birdəfəlik unudun: Ürək-damar xəstəliklərinin üçdə birinə səbəb hamburger, kartof qızartması və s. kimi qidalardır.

    • Bel ağrəsəna qarşı hərəkət edin: Araşdırmalar göstərir ki, bel ağrısından əziyyət çəkənlər yatmaq əvəzinə normal fəaliyyətlərinə davam etməlidirlər.

    • Süfrəmizin bəzəyi balıq: Balıq yemək infarkt ehtimalını azaldır. Bundan başqa, balıqda olan yağlar immun sistemini də möhkəmləndirir.

    • Qəhvənin faydaları: Araşdırmalar gündə iki fincan qəhvənin bağırsaq xərçəngi ehtimalını 25 %, öd kisəsindəki daş ehtimalını isə 45% azaltdığını göstərir. Ancaq qəhvədən çox istifadə etmək yüksək təzyiqə səbəb olur

    • Çay nədir, say nədir: Mütəxəssislər çox çay içənlərdə infarkt ehtimalının yarıbayarı azaldığını bildirirlər.

    • Hər pəhrizə aldanmayın: Həftədə üç kiloqram arıqlamğı vəd edən pəhrizlərdən uzaq olun. Arıqlamaq istəyirsinizsə, bunu həftə-həftə yox, uzun müddət üçün həyata keçirməyə çalışın.

    • Artıq çəkilərə diqqət: Yeni bir araşdırmaya görə, çəkinin üzərinə gələn hər yeni kiloqram insanın ömrünü 20 dəfə qısaldır. Artıq çəkilərdən xilas olmaq ürək, xərçəng, oynaq iltihabı və s. xəstəliklərdən də xilas olmaq deməkdir.

    • Yuxusuz qalmayın: Yuxu immun sisteminin daha yaxşı fəaliyyət göstərməsinə kömək edir. Yuxusuzluq isə konsentrasiyanın pozulmasına səbəb olur.

    • Siqaretə yox: Siqareti atmaq artıq çox asandır. İndi bunun üçün saysız-hesabsız vasitələr var. Məsələn, nikotin lentləri, saqqızlar, iynə ilə müalicə və s.

    • Stresə qarşı mübarizə aparın: Sosial fəaliyyətlər, hobbilər stresə qarşı mübarizə üçün ən yaxşı vasitədir.

    • Seleniuma ehtiyacımız var: Selenium daha çox fındıq, balıq və taxıl məhsullarında olur. Hər gün selenium qəbul edənlərdə xərçəng ehtimalı 37% azaldır.

    • Xolesterol səviyyəsini aşağı salın: İdmanla məşğul olmaq, yağı, duzu azaltmaq xolesterolu aşağı salır. Bu da infarkt və iflicdən qoruyur.

    • Dərinizi nəmləndirin: Dəriniz üçün yayda günəşdən, qışda isə soyuqdan qoruyan kremlərdən istifadə edin.

    • Sağlamlığınız üçün "dost olun": Mütəxəsislər dostluq münasibətlərinin yaddaşı möhkəmləndirdiyini də bildirirlər.

    • Ən təhlükəsiz peşə: Mütəxəsislərə görə, ticarət işi ilə məşğul olanlar peşə xəstəliklərinə daha az tutulurlar.

    Alıntı..
#12.09.2011 03:57 0 0 0