Dərinizi təmiz saxlayın

Son güncelleme: 16.09.2011 12:36
  • Deri temizliyi - Derinin temizliki haqqında


    Dəri hər gün təmizlənməlidir. Xüsusilə də makiyajlı dəri. Dərini təmizlədikdən sonra ardınca nəmləndirici vurmaq lazımdır.

    Yağlı dərini təmizləmək üçün jele və losyon, quru dərini təmizləməkdən ötrü isə kremdən istifadə edilməlidir. Gözətrafı nahiyələr çox həssas olduğundan xüsusi təmizləyici seçmək və bu hissəni ehtiyatla təmizləmək lazımdır. Bunun üçün xüsusi parça və əlcəklər məsləhət görülür.

    Tonik təmizliyi önəmlidir

    Təmizləyici kremlər, losyonlar, sabunlar və jelelər dəridəki yağı və suda əriyə bilən maddələri aparır. Çirk və keratin kimi əriyə bilməyən maddələr toniklə silinərək təmizlənir. Tonik su və spirtdən hazırlanır. Bəzi tonikləri hazırlayarkən odekolon, gül suyu və ya daha fərqli maddələrdən istifadə edilir. Tonik seçərkən çalışın ki, spirtsiz olsun. Sadə gül suyu çox yaxşı tonikdir.

    Üzünüzü təmizləməkdən ötrü məsamələri sıxmayın, bu, məsləhət deyil.

    Alıntı..
#16.09.2011 12:33 0 0 0
  • çok önemliii!! :)(kdınlr için :))
#16.09.2011 12:36 0 0 0