Bu il Bakıda keçiriləcək "Eurovision-2012" Mahni Müsabiqəsində iştirakı təsdiqlənən ölkələrin əksəriyyəti məlum olub. Lent.az- ın wikipediya.org-a istinadən məlumatına görə, müsabiqədə iştirakı təsdiqlənən ölkələr bunlardır: Azərbaycan,
Avstriya, Belçika, Bolqarıstan, Bosniya və Hersoqovina, Macarıstan, Almaniya, Yunanıstan, Danimarka, İsrail, İslandiya, İspaniya, Kipr, Latviya, Litva, Malta, Hollandiya, Norveç, Rumıniya, Slovakiya, Sloveniya, Ukrayna, Finlandiya, Xorvatiya, İsveçrə, İsveç, Estoniya.
İştirakı təsdiqlənməyən ölkələr - Belarus, Böyük Britaniya, Gürcüstan, İrlandiya, İtaliya, Makedoniya, Moldova, Polşa, Polşa, Rusiya, San-Marino, Serbiya, Türkiyə, Fransadır.
Albaniya, Ermənistan, Andorra, Lüksemburq, Monako təmsilçilərinin Bakı səhnəsində çıxış edib-etməyəcəyi hələ də məlum deyil.