Gəlinlik niyə ağ rəngdədir?

Son güncelleme: 16.09.2011 23:23
  • Gelinlik - Gelinlik haqqında - Gelinlikin ağ rengde olma sebebleri

    noimage

    Ənənəvi olaraq gəlin paltarı ağ rənglə assosiasiya olunur. Gəlin haqqında söz düşərkən biz ilk növbədə gözəl və ehtişamlı ağ gəlinlikləri beynimizdə canlandırırıq...adəti üzrə...Artıq xanımlar gəlinliklər seçərkən başqa rənglərə də üstünlük verirlər, ancaq yenə də ağ rəngli gəlinliklər liderliyini qoruyur.

    16-17-ci əsrlərdə ağ rəngli gəlinlikləri yalnız ömrünü Tanrıya xidmət etmək üçün kilsə həyatını seçən qızlar geyinə bilərdi. "Adi" qızlar isə çəhrayı və ya açıq mavi rəngli gəlinliklər geyinirdilər. Tünd və qara rənglər isə ümumiyyətlə istifadə olunmurdu.

    Həmçinin müxtəlif ölkələrdə fərqli rəngli gəlinliklər mövcud olmuşdur. Fransada belə bir inanc formalaşmışdır ki, əgər qız bənövşəyi rəngdə gəlinlik geyinərsə, əri onu bütün ömrü boyu sevəcək. İrlandiyadakı qızlar isə istisnasız olaraq yaşıl gəlinlik geyinərmişlər. Çünki bu rəngin xöşbəxtlik gətirəcəyinə inam böyük olmuşdur.

    Ağ rəngli gəlinliklərin nə zamandan istifadə olunması ilə bağlı həqiqətə uyğun iki fərziyyə mövcuddur.

    Birinci fərziyyə. XVII əsrin ortalarında şahzadə Viktoriya toya ağ rəngli paltar geyinmişdir. Təbii ki, bundan sonra bütün qadınlar onun bu hərəkətini təkrarlamağa başladılar.

    İkinci versiya. Belə bir ehtimal mövcuddur ki, ağ paltar dəbini Anna Avstriyskaya gətirmişdir (Anna Fransa kralı XIII Lüdovikin həyat yoldaşı idi. Eyni zamanda Avstriyskaya epiteti onun Qabsburq sülaləsinə mənsubiyyətini göstərmişdir). Tarixi faktlara əsasən onun paltarı o qədər gəşəng olmuşdur ki, Fransanın ali təbəqəsini təmsil edən bütün qadınlar şahzadəyə bənzəməyə çalışırdılar. Daha sonralar isə bu dəb İspaniya, İngiltərə və Portuqaliyaya keçmişdir.

    Alıntı..
#16.09.2011 23:20 0 0 0
  • ellerine sağlık
#16.09.2011 23:22 0 0 0
  • noimage
#16.09.2011 23:23 0 0 0