Nigar Camal Yaxşı Cazibə-nin əsas qəhrəmanlarından biri olacaq

Son güncelleme: 22.09.2011 17:37
  • noimage

    "Eurovison"da Azərbaycana qələbə qazandırmış müğənninin qızı Londonda birinci sinfə gedir

    Azərbaycanın "Eurovision-2011" müsabiqəsində təmsilçilərindən biri Nigar Camalın böyük qızı Jasmin Londonda birinci sinfə gedir. APA-nın məlumatına görə, Nigar Camalın hazırda Londonda olmasının səbəbi də budur. Artıq qızını məktəbə yola salan və ilk günlərdə onun yanında olan azərbaycanlı qalib bu günlərdə Vətənə qayıdacaq. Bir həftəyə Londondan Bakıya gələcək sənətçi yeni layihələrə imza atmaq fikrindədir. Türkiyənin "Yaxşı Cazibə" seriyasının bir bölümündə çəkilən Nigar Camal aktrisalığı davam etdirəcək. Belə ki, N.Camal sözügedən serialın növbəti bir neçə seriyasında da çəkiləcək. Məlumata görə, "Eurovision" qalibinin növbəti seriyalarda rolu epizodik olmayacaq. Nigar Camal serialın bir neçə bölümündə əsas qəhrəmanlarından birinə çevriləcək.
#22.09.2011 17:35 0 0 0
  • Resim güzelmiş
#22.09.2011 17:37 0 0 0