Kanadada Azərbaycan dili məktəbi açılıb - FOTO

Son güncelleme: 24.09.2011 18:39
  • noimage

    Sentyabrın 10-da Kanadanın Ottava şəhərində ilk dəfə olaraq "Qarabağ" (Karabakh) adlı Azərbaycan dili məktəbi fəaliyyətə başlayıb.

    Lent.az-ın məlumatına görə, məktəb Ottavada yaşayan həmvətənlərimiz Nigar Əliyeva və Vüsalə Əhmədovanın təşəbbüsü ilə təsis edilib. Məktəbdə Azərbaycan dilinin tədrisi Vüsalə Əhmədova tərəfindən həyata keçirilir.

    Hər həftənin şənbə günü fəaliyyət göstərən Azərbaycan dili məktəbinin əsas məqsədi 4-14 yaş arası uşaqlara dilimizin öyrədilməsi ilə yanaşı, həmçinin, xalqımızın adət-ənənələri, tarixi, ədəbiyyatı və dövlətimizin atributları haqqında gənc nəslə ətraflı məlumatın verilməsindən ibarətdir.

    "Qarabağ" adlı Azərbaycan dili məktəbinin elektron poçt ünvanı aşağıdakı kimidir: [email]karabakhazerischool@gmail.com[/email]

    Həmçinin, "facebook" sosial şəbəkəsində açılmış "Karabakh Azeri Saturday language school" adlı səhifədə Azərbaycan dili məktəbi haqqında ətraflı məlumat da öz əksini tapıb.

    Qaynaq:Lent.az
#24.09.2011 18:28 0 0 0
  • ben de azerbaycanların konuştukları gibi yazmadıklarını sanıyordum meğersem öyleymiş şimdi öğrendim peki yazdıklarımı okuyabiliyormusunuz yani okuyorsunuzdur da bazı kelimeler değişik gelebilir...
#24.09.2011 18:39 0 0 0