balıq yağının faydaları - balıq yağının körpələrə faydası - bebekelr balıq yağının faydası
Edilən araşdırmalara görə, yüksək dozada balıq yağı içən hamilə qadınların körpələrində əl və göz koordinasiyasının digərlərinə nisbətlə daha çox olduğu ortaya çıxdı.
Qərb Avstraliya Universiteti Pediatri və Uşaq Sağlamlığı Bölümü tərəfindən 98 hamilə qadını əhatə edən kiçik diametrli bir araşdırmada; doğumdan əvvəlki 20 həftə boyunca iştirakçıların bir qisiminə hər gün 4 qram balıq yağı, digər qisiminə isə 4 qram zeytun yağı içirildi. Doğuşdan sonra 72 körpə, 2.5 yaşına qədər danışıq, davranış, praktik məntiq və əl və göz koordinasiyası baxımından testlərdən keçirildi.
Balıq yağı qrupunda 33, zeytun yağı qrupunda isə 39 körpə var idi. Araşdırmanın nəticəsində balıq yağı içən anaların körpələrinin anlama, qavrama və söz haznesi baxımından bir az daha üstün olduğu ortaya çıxdı. Ancaq ən əhəmiyyətli fərq balıq yağı qrupundakı körpələrin çox yüksək xal alması ilə əl və göz koordinasiyasında görüldü. Əmizdirmə və anaların yaşları kimi faktorlar hesaba qatılanda belə, balıq yağı qrupunun böyük fərqlə qabaqda olduğu görüldü.
Araşdırmaçılar, "Anaların hamiləlik əsnasında qəbul etdiyi balıq yağı dəstəyinin həm fetus, həm də körpəyə heç bir zərəri yoxdur. Əksinə körpənin göz və əl koordinasiyası baxımından potensial faydası var" dedi.