Qarğıdalı ilə pendirli küftəciklər - Qarğıdalı ilə pendirli küftəciklər terkibi - Qarğıdalı ilə pendirli küftəciklərin hazırlanması
Ərzaqlar:
Brınza pendiri - 200 q
Holland pendiri - 200 q
Qarğıdalı-100 q
Banan- 1 ədəd
Göysoğan - yarım dəstə
İspanaq- yarı dəstə
Sousüçün:
Zeytun yağı - 40 q
Balzamik sirkə - 20 q
Reyhan
Hazırlanması
Brınza və holland pendiri sürtgəcdən keçirilir. Xırda doğranılmış göy soğan və qarğıdalı dənələri əlavə edilib qarışdırılır. Duz, istiot səpilir.
Qarışıqdan küftəciklər hazırlanıb qarğıdalı dənələrinə batırılır. İspanaq və fal-fal doğranmış banan boşqaba düzülür, qarğıdalı dənələri səpilir, üstünə isə pendirli küftəciklər əlavə olunur.
Pomidorla bəzək verilir.
Qarğıdalı ilə pendirli küftəciklər süfrəyə sousla verilir.