Şabalıdlı rulet - Şabalıdlı rulet terkibi - Şabalıdlı ruletin hazırlanması
Xəmir üçün :
2 st. un
2 x.q şəkər tozu
4 x.q duru yağ
2 yumurta
duz, vanil (zövqə görə)
İçlik:
0,5 kq bişirilmiş şabalıd
1st. şəkər tozu
50 qr. kişmiş
Y/st ilıq su ilə 1ç.q. maya qarışdırılır və xəmirə qatılır. Xəmir gələndən sonra 3 kündəyə bölünür. Kündələr barmaq yoğunluğunda yayılır, iç tökülür, burulub qoyulur listə.
Listə qoyulan hazır kündələrin üzərinə yumurta sarısı çəkilir.
PS. xəmirin üzərinə çəkilən yumurta sarısını 1 ç.q. günəbaxan yağı və bir az sarıkök ilə qarışdırıb, sonra çəkin xəirin üzərinə.
Bu bişirilən ruletə parlaqlıq verir.