Məşhur müğənni ad gününə hansı hədiyyəni gözləyir?

Son güncelleme: 17.10.2011 00:14
  • noimage

    Xalq artisti Zülfiyyə Xanbabayeva ATV telekanalının "ATV magazin" verilişinə öz ad günü barədə danışıb.
    Milli.Az xəbər portalı Day.Az saytına istinadən bildirir ki, Zülfiyyə xanım şad gününü dostlarının və qohumlarının əhatəsində keçirəcəyini deyib.

    "İstəyirəm ki, belə gündə mən işləməyim, bütün işlərimi başqaları görsünlər. Mənim üçün fərqi yoxdur, hədiyyə böyük olsun, yaxud da balaca. Əsas odur ki, mənimçün hədiyyə seçəndə, hədiyyə gətirmək xatirinə yox, məni düşündükləri üçün onu alsınlar. Məni çox adam sevir. Odur ki, hələ kimin nə gətirəcəyini bilmirəm. Amma bilirəm ki, mütləq nə isə hədiyyə edəcəklər", - deyə xalq artisti bildirib.

    Zülfiyyə Xanbabayeva həmçinin deyib ki, qızı daim ona öz əlləri ilə nə isə düzəldir, bu isə müğənninin ən sevimli hədiyyəsidir.

    Qaynaq:Milli.az
#17.10.2011 00:14 0 0 0