Azərbaycanın xalq artisti İlhamə Quliyeva Moskvaya istirahətə yola düşür. Sənətçi Lent.az-a açıqlamasında deyib ki, iki-üç həftəlik istirahətdən sonra maraqlı layihə ilə tamaşaçı qarşısına çıxacaq: "Bu axşam "Buta Palace"də müstəqillik gününə həsr olunmuş dövlət tədbirində çıxış edəcəyəm. Sabah isə iki-üç həftə müddətinə vətəni tərk edəcəm. Mən hər il böyük layihələrimdən öncə yaxşı dincəlirəm. Qayıdandan sonra maraqlı bir layihə ilə tamaşaçılarımı bir yerə toplayacağam".