Oktyabrın 17-də Moskvanın "Sadovod" bazarında atışma baş verib.
Lent.az-ın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, 1 nəfər yaralanıb.
Hüquq-mühafizə orqanlarındakı mənbə iki naməlum şəxsin travmatik tapançadan atəş açaraq 1 kişini yaraladığını və hadisə yerindən "Lada Priora" markalı avtomobillə uzaqlaşdığını bildirib. Yaralı xəstəxanaya yerləşdirilib.
"İnterfaks" agentliyi isə atışmanın bazarda Azərbaycan əsilli satıcılarla Şimali Qafqaz əsilli iki satıcı arasında baş verən mübahisədən qaynaqlandığını yazıb. Şimali Qafqaz əsilli satıcılar mübahisədən sonra bazarı tərk edib, sonradan 8 yerliləri ilə birgə geri qayıdıblar. Bundan sonra hər iki tərəfdən 20 nəfərə yaxın insanın iştirak etdiyi kütləvi dava-dalaş baş verib. Travmatik silahlardan atəş açılıb, 7 nəfər xəsarət alıb.