Azərbaycan boksçusu Ayzanat Hacıyeva Hollandiyanın Rotterdam şəhərində davam edən Avropa çempionatında ¼ finala yüksəlib. Lent.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində yer alan təmsilçimiz 1/8 finalda sloveniyalı Adreya Besteri böyük üstünlüklə məğlub edib - 21:10.
Hacıyevanın növbəti rəqibi irlandiyalı Keti Teylor olacaq. Görüş oktyabrın 19-da keçiriləcək.
Digər boksçularımıza gəldikdə, Yelena Vıstropovanın (69 kq) ardından Leyla Cavadova (75 kq) da ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıb. Cavadovanın isveçli Anna Lorellə görüşü hakimlər tərəfindən yarımçıq saxlanılıb və rəqibi qalib elan olunub.