Kamran Həsənli ANS-lə barışdı

Son güncelleme: 19.10.2011 10:31
  • noimage

    Teleaparıcı və şoumen Kamran Həsənli vaxtilə aparıcılıq etdiyi və münaqişə nəticəsində tərk etdiyi "ANS" telekanalının efirində görünüb.

    Həsənli kanalın proqramlarından birinin qonağı olub. O Lent.az-a açıqlamasında bu barışığın xeyli əvvəl olduğunu açıqlayıb: "Əslində, məni o proqrama ötən həftə dəvət etmişdilər, bir qədər tərəddüd etdim. İşlərim var idi... Bir həftə sonra qonaq oldum. Lakin ondan əvvəl də iki proqramda olmuşam. Bu isə "ANS" efirində qonağı olduğum üçüncü veriliş idi".

    Şoumen onu da qeyd edib ki, gələcəkdə onu "ANS"in efirində yenidən görmək olar: "Bütün maraqlı təkliflərə "hə" deyirəm. Qismət... Mən inanclıyam. Və bir də, haqq həmişə öz yerini tapır".

    Lalə
#19.10.2011 10:31 0 0 0